Avrora Group


Şirkət haqqında
“Avrora Qrup” şirkətinin fəaliyyətinin əsasları 1 noyabr 1993-cü ildə distribyutor şirkət kimi qoyulub. Şirkət fəaliyyətinə ölkəmizdə yerli və xarici fabriklər tərəfindən istehsal olunan məhsulların yayılması ilə başlayıb.




Distribusiya
“Avrora Qrup” — spirtli və qazlı içkilər, ət, süd, un və konfet məhsullarının distribyutoru olaraq fəaliyyət göstərir. Şirkət Azərbaycanda 12 000-dən çox satış nöqtəsində 800-dən çox brendi təmsil edir.
Əsas müştərilər: pərakəndə satıcılar, HoReCa seqmenti, subdistribyutorlar.
Əsas üstünlüklər:
Brendlərin inkişafı və müştəri sədaqətinin yaradılması təcrübəsinə malik güclü marketinq şöbəsi;
ATL və BTL tədbirləri üçün komanda və dizayn studiyası;
İnnovativ marketinq kampaniyaları;
Sürətli çatdırılma üçün müasir logistika mərkəzi;
Ümumi sahəsi 22 835 m² olan anbarlar;
Dünyaca məşhur içki və ərzaq brendlərinin eksklüziv distribusiyası.
İstehsalat
“Avrora Qrup” şirkətinin əsas üstünlüklərindən biri Abşeron yarımadasındakı Hekməli Sənaye Mərkəzində yerləşən müasir istehsal zonasıdır, hansı ki, yerli və beynəlxalq yüksək standartlara cavab verir. Bu, məhsulların ölkə üzrə sürətli çatdırılmasını və optimal logistikanı təmin edir.
Keyfiyyət qabaqcıl texnologiyalarla təmin olunur: Bühler (Avstriya), Imphony və CFT (İtaliya), Fava (makaron) və Franz Haas (vafli) avadanlıqları. Biz daim innovasiyaları tətbiq edir, prosesləri təkmilləşdirir və xammaldan hazır məhsula qədər bütün mərhələlərdə keyfiyyətə ciddi nəzarət edirik.



























Brendlər
