Haqqımızda

  1. İsrail Dövləti ilə biznes sahəsində əməkdaşlıq təkcə yük daşımalarının təşkili deyil, həm də tədarük zəncirinin tam optimallaşdırılması deməkdir. Biz İsrail istiqamətində fəaliyyət göstərən şirkətlər üçün aşağıdakı xidmətləri təklif edirik:
    • İxrac və idxal proseslərinin planlaşdırılması
    • Beynəlxalq daşımaların növünün seçilməsi (hava, dəniz, multimodal)
    • Gömrük rəsmiləşdirilməsi və broker xidməti
    • Lazımi sertifikat və icazələrin alınmasında kömək
    • Yükün izlənməsi (tracking) və operativ hesabat

    Bizim tərəfdaşlarımızla birgə İsrailə və ya İsraildən daşımaları ən qısa müddətdə, itkisiz, sığortalı və tam şəffaflıqla həyata keçiririk. Hər bir müştəri üçün fərdi marşrut, optimal xərclər planı və təhlükəsizlik standartları hazırlanır.

    İsraillə investisiya layihələri
    İsrail dünya miqyasında “Startup Nation” kimi tanınır və yüksək texnologiya, kibertəhlükəsizlik, aqrotexnologiya, tibb və biotexnologiya sahələrində lider ölkələrdən biridir. Buna görə də İsraillə investisiya əməkdaşlığı geniş imkanlar açır.

    Biz investorlar üçün aşağıdakı xidmətləri təqdim edirik:
    • İsrail bazarının və sahə üzrə araşdırmaların aparılması
    • Uyğun investisiya layihələrinin seçilməsi
    • Risklərin analizi və hüquqi baza ilə izah
    • İsrail şirkətləri ilə ilkin əlaqələrin qurulması
    • Birgə müəssisələrin (JV) yaradılmasında dəstək

    Məqsədimiz Azərbaycan və İsrail tərəfi üçün uzunmüddətli və gəlirli investisiya layihələrində iştirak təmin etməkdir.

    İki tərəfli iqtisadi əməkdaşlıq
    Azərbaycan-İsrail iqtisadi əlaqələri energetika, kənd təsərrüfatı, sənaye, texnologiya və ticarət sahələrini əhatə edir. Missiyamız bu əməkdaşlığı daha sistemli və dayanıqlı etməkdir.

    Biz aşağıdakı sahələrdə dəstək veririk:
    • Şirkətlərin ehtiyac və məqsədlərinə uyğun koordinasiya
    • İdxal-ixrac kanallarının yaradılması
    • İstehsal, distribusiya və satış sahələrində tərəfdaşların axtarışı
    • Hər iki ölkədə biznes mühitinin analizi
    • İqtisadi forumlar və biznes tədbirlərinin təşkili
    • Dövlət və özəl qurumlarla əlaqələrin qurulması

    Bu fəaliyyət şirkətlərin bir platformada birləşməsinə, yeni bazarlara çıxışına və iqtisadi əlaqələrin daha da güclənməsinə imkan yaradır.

    B2B görüşlərin təşkili
    B2B görüşləri biznes əməkdaşlığının ən sürətli və effektiv alətlərindən biridir. Biz görüşlərin təşkilini tam şəkildə öz üzərimizə götürürük:
    • Şirkətlərə uyğun potensial tərəfdaşların seçilməsi
    • Profillərə uyğun olaraq görüş planının hazırlanması
    • Görüşün məqsəd və formatının müəyyənləşdirilməsi
    • Tərcüməçi, sənədləşmə və təqdimat materiallarının təmin edilməsi
    • Görüş nəticələrinin analizi və follow-up idarəsi
    • İsrail və Azərbaycanda offline və online formatda B2B görüşlərinin keçirilməsi

    Bu platforma şirkətlərə yeni bazara çıxmaq, distribyutor tapmaq, tenderlərdə iştirak etmək və istehsal tərəfdaşlıqları yaratmaq imkanı verir.

    Kaşrut (Kashrut) xidməti
    İsrail bazarına məhsul çıxarmaq istəyən şirkətlər üçün kaşrut sertifikatı əsas tələblərdən biridir. Bizim mərkəz bu prosesdə tam dəstək təmin edir.

    Xidmətə daxildir:
    • Kaşrut qaydalarının izahı və məhsul uyğunluğunun analizi
    • İstehsal prosesinin yoxlanması və tövsiyələr
    • Lazımi sənədlərin hazırlanması və sertifikatlaşdırma orqanlarına təqdim edilməsi
    • İnspeksiya təşkilatı
    • Sertifikat alındıqdan sonra bazara çıxışın dəstəklənməsi

Qalereya

Ölkələr arasında əməkdaşlıq və investisiyalar