Нагиев Турал




Nagiyev Tural Faiq oğlu 2 iyul 1990-cı ildə Bakı şəhərində anadan olub. O, 2003-cü ildə stomatoloji texnik kimi fəaliyyətə başlayaraq bu sahədə ilk təcrübəsini qazanıb.
Karyerasının ilkin mərhələsində Tural Nagiyev Vita, Armada kimi şirkətlərin laboratoriyalarında çalışaraq peşəkar bacarıqlarını inkişaf etdirib. Daha sonra o, Alman–Azərbaycan stomatoloji laboratoriyasında, ardınca isə Mərkəzi Klinikanın laboratoriyasında fəaliyyət göstərərək müasir texnologiyalar və qabaqcıl metodlarla işləmək imkanı əldə edib.
2012-ci ildə topladığı bilik və təcrübəyə əsaslanaraq öz laboratoriyasını qurub və artıq uzun illərdir ki, fəaliyyətini müstəqil şəkildə, öz rəhbərliyi altında davam etdirir. Bu gün onun rəhbərliyi etdiyi laboratoriya tam rəqəmsal sistemlərlə işləyən, müasir avadanlıqlarla təchiz olunmuş yüksək ixtisaslı bir mərkəz kimi fəaliyyət göstərir.
Peşəkarlığı, uzun illik təcrübəsi və dəqiqliyə əsaslanan iş prinsipi sayəsində Tural Nagiyev həm stomatoloqların, həm də pasiyentlərin etibarını qazanmış, bu günə qədər yüksək keyfiyyət standartlarını qoruyub saxlayan mütəxəssisdir.
Tural Nagiyev və komandası aşağıdakı istiqamətlər üzrə geniş xidmətlər göstərir:
• stomatoloji bürün və digər ortopedik konstruksiyaların hazırlanması,
• müxtəlif növ protez və laboratoriya işləri,
• estetik restovrasiya xidmətləri,
• rəqəmsal texnologiyalara əsaslanan yüksək dəqiqlikli ortopedik xidmətlər.
Peşəkarlığı, uzun illik təcrübəsi və dəqiqliyə əsaslanan iş prinsipi sayəsində Tural Nagiyev həm stomatoloqların, həm də pasiyentlərin etibarını qazanmış, bu günə qədər yüksək keyfiyyət standartlarını qoruyub saxlayan mütəxəssisdir.











